“The Gentlemen” serialı 2-ci sezonu ilə Netflix-ə qayıdır

09:38 06.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kriminal aləmin dərinliklərinə gedən məşhur Netflix serialı "The Gentlemen" ikinci sezonu üçün təsdiqlənib. Qay Ritçinin eyniadlı filmindən uyğunlaşdırılan serial yumor və hərəkətlərlə dolu bir üslubda Britaniya cəmiyyətinin qaranlıq tərəflərini anlatmağa davam edəcək.

Hafta.az-ın yazdığına görə, baş rollarda Teo Ceyms və Kaya Skodelarionun çəkildiyi serial səkkiz seriyadan ibarət yeni sezonu ilə pərəstişkarlarının görüşünə hazırlaşır.

İlk sezonda atasının ölümündən sonra Halsted hersoqu olmuş Eddi Hornimanın (Teo Ceyms) hekayəsini izlədik. Ona miras qalan nəhəng malikanə və altındakı qeyri-qanuni marixuana ferması ilə Eddi birdən özünü kriminal aləmin mərkəzində tapdı. Amansız ferma müdiri Suzi Qlass (Kaya Skodelario) və onun mafiozu Bobbi Qlass (Rey Uinston) ilə əməkdaşlıq etməyə məcbur olan Eddi bu təhlükəli dünyada yüksəlməyə başladı. Səkkizinci epizodun sonunda Eddi Susie və Bobbi ilə böyük bir marixuana imperiyasının ortaq sahibi olub.

İkinci sezonda Teo Ceyms, Kaya Skodelario və Eddinin qardaşı Freddi rolunu oynayan Daniel İnqs öz rollarını təkrar canlandıracaqlar. Yeni mövsümün aktyor heyəti ilə bağlı təfərrüatlar yaxın günlərdə açıqlanacaq. Qay Ritçinin yenidən rejissor kürsüsündə oturacağı və serialın ssenarisinin Metyu Rid ilə birlikdə yazılacağı bildirilib. Çəkilişlərinin gələn il başlaması gözlənilən yeni mövsümdə Eddi və Suzi arasındakı tərəfdaşlığın necə inkişaf edəcəyi maraqla gözlənilir.

Serialın pərəstişkarları səbirsizliklə “The Gentlemen”in ikinci mövsümdə Avropanın digər hissələrinə necə genişlənəcəyini, Eddi və Suzi arasındakı mürəkkəb münasibətləri və hekayəyə yeni personajların necə daxil olacağını gözləyirlər.