Tovuzda kombayn yandı

21:17 07.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonda “John Deere” markalı kombaynın mühərrik hissəsi yanıb. Kombayının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.