Yazını böyüt
Yazını kiçilt
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynadakı münaqişəni necə dayandıracağını bilmir. Bunu Ukrayna prezidenti Vladimir Zelenski “The New Yorker” jurnalına açıqlamasında deyib.
“Tramp müharibəni necə dayandıracağını düşünsə belə, bilmir. Çox vaxt belə olur ki, müharibəyə nə qədər dərindən baxsan, bir o qədər az başa düşürsən. Sabah bunu necə bitirəcəklərini bildiklərinə əmin olan bir çox liderlər var idi, lakin daha dərinə daldıqda bunun o qədər də sadə olmadığını başa düşdülər”.
İyul ayında Tramp seçkiqabağı mitinqində üçüncü dünya müharibəsinin qarşısını alacağına və Ukraynadakı münaqişəni dayandıracağına söz vermişdi.