Tramp Putinin G20 sammitində iştirakını istəyir

09:21 24.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putinin dekabr ayında ABŞ-də keçiriləcək G20 sammitində iştirakı çox faydalı olardı.

Hafta.az xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

Tramp Rusiya liderinə rəsmi dəvət göndərib-göndərmədiyi ilə bağlı suala mənfi cavab verib:

“Amma əgər gəlsəydi, bu, çox faydalı olardı”.