Turan Bayramov Olimpiadanın 1/4 finalında

10:02 05.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Olimpiadada güləş yarışları davam edir.

Azərbaycan Güləş Federasiyasından hafta.az-a verilən məlumata görə, bu gün Turan Bayramov (74 kq) mübarizəyə start verib.

20 yaşlı güləşçimiz ilk görüşdə ukraynalı Vasili Mixaylova qalib gəlib - 4:2. Həmyerlimiz 1/4 finalda ikiqat dünya çempionu Frank Çamizo (İtaliya) ilə qarşılaşacaq.

Oxunma sayı 448