Yazını böyüt
Yazını kiçilt
Azərbaycan kubokunun 1/4 finalında daha bir görüş keçirilib.
Hafta.az xəbər verir ki, “Kəpəz” Yevlaxda “Turan Tovuz”u qəbul edib.
Matç tovuzluların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda da 1:0 qalib gələn “Turan Tovuz” yarımfinala çıxıb.
Onların rəqibi isə “Zirə” olacaq.
“Kəpəz” – “Turan Tovuz” - 0:2
Qol: X.Silva 13, Hayderson Hurtado 51