Yazını böyüt
Yazını kiçilt
Səyahətçilərin onlayn rəylərinin təhlili dünyanın ən çox qiymətləndirilən şəhərlərini üzə çıxarıb. Dünyanın 85 istiqaməti üzrə səyahət icmalı platformalarında qalan minlərlə rəyin təhlili əsasında siyahıda turistlərin səfərdən “məyusolma” ehtimalı qiymətləndirilir.
Hafta.az-ın yazdığına görə, kingcasinobonus.uk-un dəyərləndirməsinə əsasən səyahətçilərin gözləntilərini boşa çıxarma şansı 16,6 faizlə Banqkok ən məyusedici şəhərdir. Xaosan Yolu isə Tailandın paytaxtı Bankok şəhərini turistlərin gözündən salan yer olub.
Qardaş ölkə Türkiyənin sahil şəhəri Antalya 16,5 faiz məyusluq nisbəti ilə ikinci, Sinqapur isə 15,8 faizlə üçüncü yerdədir.

Təhlillərə görə, şəhərlərin ən məyusedici təcrübələri müvafiq olaraq Water Planet Aqua Park və Orchard Road olub.
İlk beşliyi Almaniyanın Münhen (15,7 faiz və İtaliyanın Rimini (14,2 faiz) şəhərləri tamamlayır.
London Parislə birlikdə 8-ci yerdə qərarlaşıb. Böyük Britaniya və Fransa paytaxtlarının turistləri məyusetmə ehtimalı 13,8 faiz olub. London Eye ziyarətçilərin ümid etdiklərini tapa bilmədiyi ən cəlbedici məkan, Fransadakı Montmartre isə ən çox şişirdilən cazibə məkanı kimi diqqət çəkib.

“London Eye dönmə çarxı, Bukingem sarayı və Big Ben qülləsi xüsusilə pis rəylər aldı”, - deyə London haqqında məqalədə deyilir. Ziyarətçilərin əksəriyyəti bu məkanları cansıxıcı hiss etdi. Onlar bu görməli yerlərin və ümumilikdə şəhərin özünün tamamilə şişirdildiyi qənaətinə gəldilər. Londonda görməli olduğunuz yeni yerləri axtarmağın vaxtıdır... Küçə yeməkləri, konsertlər, gecə həyatı və incəsənət gələcək nəsillər üçün köhnə binalar və monarx sarayları görməkdən daha maraqlı ola bilər", - məlumatda deyilir.
Məlumat analitikləri bu siyahını yaratmaq üçün TripAdvisor kimi məşhur rəy saytlarından istifadə edib və dünyanın 85 ən populyar səyahət istiqaməti və 20 ən yüksək reytinqli görməli yerləri üzrə on minlərlə reytinqi təhlil ediblər. Onlar "böyük məyusluq" və ya "gözlənildiyi qədər yaxşı deyil" kimi bəzi açar söz və ifadələrin baxış təsvirlərində nə qədər tez-tez istifadə edildiyini qiymətləndirdilər.

Rəylərə görə ən çox "həddən artıq şişirdilmiş" şəhərlərin siyahısı aşağıdakı kimidir:
Banqkok - 16,6 faiz, Antalya - 16,5 faiz, Sinqapur - 15,8 faiz, Münhen - 15,7 faiz, Rimini - 14,2 faiz, Mayami - 13,9 faiz, Mumbay - 13,9 faiz, London - 13,8 faiz, Paris - 13,8 faiz, Tokio - 13,6 faiz.