“Türk Hava Yolları” beynəlxalq reysləri bərpa edir

16:37 02.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Türk Hava Yolları” aviaşirkəti iyunun 18-dən beynəlxalq reysləri bərpa edəcək.

Hafta.az-ın məlumatına görə, bunu şirkətin mətbuat katibi Yəhya Üstün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, həmin tarixdən Türkiyənin 14, Avropanın 16 şəhərinə uçuşlar həyata keçiriləcək.

 

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar “Türk Hava Yolları” şirkəti də uçuşları dayandırmışdı.

Oxunma sayı 1516