Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək - Şentop 

12:40 28.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olmaqda davam edəcək.

Hafta.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

O bildirib ki, Azərbaycan Ermənistanla hüquqi mübarizə aparır və öz haqqını cəbhədə alır:

“Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın tarixi həqiqətlərə və beynəlxalq hüquqa əsaslanan haqlı mübarizəsində yer almağa davam edəcək”.