Türkiyə may ayında ixracatda rekordu yenilədi

09:15 12.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə İxracatçılar Məclisi (TİM) may ayı ixracat rəqəmlərini açıqlayıb. Almaniya bütün zamanların ən yüksək göstəricisi ilə ixracatda birinciliyi qoruyub. Türkiyə mayda Rusiya Federasiyasında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixracatda dəyər əsasında ən yüksək artımı qeyd etsə də, Rusiya hələ də ixracatda ilk beşliyə daxil ola bilməyib.

Hafta.az-ın yazdığına görə, Türkiyə 1 milyard 599 milyon dollarla bütün zamanların ən yüksək may ixracını Almaniyaya reallaşdırıb. Qardaş ölkənin Almaniyaya ixracatı mayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 17,6 artarkən, Almaniyanın ümumi ixracatdakı payı yüzdə 7,4 olub.

Almaniyanı 1 milyard 108 milyon dollarla ABŞ, 977 milyon 729 min dollarla Böyük Britaniya, 896 milyon 942 min dollarla İtaliya, 877 milyon 144 min dollarla İspaniya izləyib.

May ayında Türkiyə Rusiyaya 809 milyon 277 min dollar, Fransaya 874 milyon 236 min dollar, Birləşmiş Ərəb Əmirliklərinə 360 milyon 84 min dollar, Səudiyyə Ərəbistanına 166 milyon 504 min dollar dəyərində məhsul ixrac edib.

Qeyd edək ki, Türkiyənin Rusiyaya ixracı 374 milyon 449 min dollar artıb. Rusiyanı 239 milyon 420 min dollarla Almaniya, 177 milyon 109 min dollarla Fransa, 168 milyon 387 min dollarla Birləşmiş Ərəb Əmirlikləri, 163 milyon 578 min dollarla Səudiyyə Ərəbistanı izləyib.