Türkiyə Rusiyadan neft idxalını məhdudlaşdırmağa hazırlaşır

09:05 14.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin ən böyük neft emalı zavodunun ABŞ sanksiyalarına məruz qalmamaq üçün Rusiyadan neft və yanacaq alışını məhdudlaşdırmağa hazırlaşdığı iddia edilib.

Hafta.az-ın “Bloomberg News”a istinadən yazdığına görə, 27 fevral tarixindən etibarən Türkiyə Petrol Rafinerileri A.Ş.-nin G7 ölkələrinin neft qiymətləri ilə bağlı məhdudiyyətinə uyğun gəlməyən yükləri qəbul etməyəcəyi bildirilib.

Xəbərə görə, mənbə fevralın 27-dən etibarən xam neft üçün 60 dollar, premium yanacaq üçün 100 dollar və endirimli yanacaq üçün 45 dollarlıq qiymət tavanından yuxarı olan bütün Rusiya neftinin “Tüpraş”a tədarükünün dayandırılacağını bildirib.