Türkiyə səfirliyi Şuşa Bəyannaməsinin II ildönümü ilə bağlı paylaşım edib

11:14 15.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Azərbaycandakı səfirliyi Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü ilə bağlı paylaşım edib.

Hafta.az xəbər verir ki, bu barədə səfirlik “Twitter“ hesabında paylaşıb.

"Azərbaycanla köklü əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsinin 2-ci ildönümü mübarək! Şuşa Bəyannaməsinin məqsədlərinə və ortaq gələcəyə baxışa uyğun olaraq, biz Can Azərbaycan ilə müstəsna əlaqələrimizi bütün ölçüləri ilə davam etdirəcəyik", - məlumatda bildirilir.

Siyasət rubrikasından digər xəbərlər