Türkiyə Ukraynanı atəşkəsə səslədi

21:10 11.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov ilə dərhal atəşkəsin vacibliyini müzakirə edib. Danışıqlar barədə Türkiyə Müdafiə Nazirliyinin saytında yayılan məlumatda deyilir.

Qeyd olunur ki, atəşkəs daha çox insan tələfatının qarşısını alacaq və regionda sabitliyi bərpa edəcək. Türkiyəli nazir həmçinin ölkəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini davam etdirəcəyini və humanitar yardım göstərəcəyini vəd edib.

“Bildirilib ki, Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində yaradılmış Birgə Koordinasiya Mərkəzinin işi sayəsində bu günə qədər Ukrayna limanlarından 17 milyon tona yaxın taxıl ehtiyacı olan ölkələrə təhlükəsiz şəkildə ixrac edilib. Təşəbbüsün həyata keçirilməsində heç bir uğursuzluğun olmaması son dərəcə vacibdir”, - bəyanatda deyilir.