Türkyənin Xəzinə və Maliyyə Naziri Məhmğt Şimşək ölkəyə valyuta gətirilməsini təşviq etmək üçün xaricdəki gəlir və təşkilat vergisi ödəyicilərinin bəzi fəaliyyətlərinə tətbiq olunacaq vergi endirimi və azad dərəcəsini artıracaqlarını bildirib.
Hafta.az-ın yazdığına görə, həyata keçirilən iqtisadi proqramla daha balanslı, əhatəli və davamlı böyümə və rifahın daimi yüksəlişini hədəflədiklərini vurğulayan Şimşək, proqramla daimi qiymət sabitliyinin qurulması, investisiyaların, məşğulluğun, istehsalın, ixracatın və rəqabət qabiliyyətinin dəstəklənməsinin hədəfləndiyini söyləyib. Onun sözlərinə görə, ətraf mühitin mühafizəsi, cari əməliyyatlar balansının yaxşılaşdırılması, büdcənin davamlı və sağlam resurslarla maliyyələşdirilməsi də prioritetlər sırasındadır.
Şimşək, bu çərçivədə istehsalı, rəqabəti və səmərəliliyi artıracaq, pul, maliyyə və gəlir siyasətlərini koordinasiyalı şəkildə həyata keçirəcək struktur islahatları həyata keçirəcəklərinə diqqət çəkərək, ortalamada göstərilən siyasətlər üzərində işləməyə davam etdiklərini açıqlayıb.
Şimşək ölkəyə valyuta gətirilməsini təşviq edəcək tətbiqin təfərrüatları haqqında da məlumat verib: "Memarlıq, mühəndislik, proqram təminatı, dizayn, məlumatların işlənməsi, zəng xidmətləri və xaricdə xidmət kimi təqdim edilən təhsil və səhiyyə fəaliyyətlərindən əldə edilən gəlirlər üçün nəzərdə tutulan 50 faizlik mənfəət istisnasını gəlirin Türkiyəyə gətirilməsi şərti ilə yüzdə 80-ə yüksəldirik".
Şimşək, xaricdən əldə edilən dividentlərin hamısının Türkiyəyə gətirilməsi şərti ilə gəlir və təşkilat vergisi ödəyicilərinin bu qazanclarının 50 faizini gəlir və təşkilatlar vergisindən azad edəcəklərini də qeyd edib.