Türkiyədə aldadıcı reklamlara görə 94,1 milyon lirə cərimə kəsilib

10:33 22.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Ticarət Nazirliyindən verilən açıqlamada bildirilib ki, istehlakçıları aldadan və çaşdıran, onların təcrübə və bilik çatışmazlığından sui-istifadə edən reklamlar, ədalətsiz ticarət təcrübələri araşdırılır.

Hafta.az-ın yazdığına görə, açıqlamada İdarə Heyətinin aprel iclasında müzakirəyə çıxarılan 161 işdən 139-nun qanunvericiliyə zidd olduğu müəyyən edilib, fəaliyyətin dayandırılması və 28 milyon lirə məbləğində inzibati cərimə tətbiq edilməsinə qərar verildiyi bildirilib.

Açıqlamada, İdarə Heyətinin ilin ilk 3,5 ayında 639 iş haqqında rəy və qiymətləndirmə apardığı, 94 milyon 139 min 110 lirə inzibati cərimənin, habelə müvəqqəti dayandırma cəzasının tətbiqinə qərar verildiyi bildirilib.

Son iclasın gündəminin istehlakçıları çaşdıran endirimli satış reklamları olduğu bildirilən açıqlamada, bir çox məhsulda müxtəlif tariflərlə endirimlərin elan edildiyi satış kampaniyalarının Türkiyədə geniş şəkildə seçilən marketinq üsulu olduğuna diqqət çəkilib.

Oxunma sayı 179