Türkiyədə daha 7 koronavirus xəstəsi vəfat edib

23:36 06.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 7 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 135 min 316 nəfərin test edildiyi, 1 min 743 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 2 min 239 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.