Türkiyədə fevralda 94 min ev satıldı

09:34 15.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı mənzil satış statistikasını açıqlayıb. Buna görə ölkə daxilində ev satışlarının sayı fevralda keçən ilin eyni ayına görə 17,3 faiz artaraq 93902-yə çatıb.

Hafta.az-ın yazdığına görə, yanvar-fevral dövründə ev satışının əvvəlki ilin eyni dövrünə görə 2 faiz azalaraq 174210-a düşüb.

Fevralda mənzil satışlarında ən yüksək pay 16344 mənzil satışı (17,4 faiz) ilə İstanbul olub. Bu şəhəri 8300 ev satışı (8,8 faiz) ilə Ankara, 5168 ev satışı (5,5 faiz) ilə İzmir izləyib.

Ən az ev satışı olan vilayətlər 18 evlə Ərdəhan, 45 evlə Tunceli və 51 evlə Bayburt olub.

Müvafiq olaraq, fevralda xaricilərə 1846 ev satılıb. Bu ayda xaricilərə mənzil satışları illik bazda yüzdə 44,9 azalıb. Sözügedən ayda xaricilərə mənzil satışının ümumi mənzil satışlarında payı cəmi 2 faiz olub.

İstanbul xaricilərə 691 ev satışı ilə birinciliyini qoruyub. Onu 659 evlə Antalya və 151 evlə Mersin izləyib.

Əcnəbilərə mənzil satışı yanvar-fevral dövründə keçən ilin eyni dövrünə görə 48 faiz azalaraq 3907-ə düşüb.

Ölkə mənsubiyyətlərinə görə, ən çox ev satışı Rusiya vətəndaşlarına edilib. Fevralda Rusiya vətəndaşları Türkiyədən 395 ev alıb. Rusları 200 evlə İran, 112 evlə İraq və 105 evlə Ukrayna vətəndaşları izləyib.