Türkiyədə işsizlik nisbəti 9,2 faizə gerilədi

09:32 11.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə işsizlik səviyyəsi avqust ayında əvvəlki aya nisbətən 0,2 bal azalaraq 9,2 faiz olub. Bu göstərici 2014-cü ilin yanvarından bəri ən aşağı işsizlik səviyyəsi olaraq qeydə alınıb.

Hafta.az-ın Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən yazdığına görə, adıçəkilən təşkilat avqust ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb. Buna görə, 15 və daha yuxarı yaşda olan işsizlərin sayı avqustda əvvəlki aya görə 56 min nəfər azalaraq 3 milyon 223 min nəfərə çatıb. İşsizlik səviyyəsi 0,2 bənd azalaraq 9,2 faiz təşkil edib.

Bu göstərici 2014-cü ilin yanvarından bəri ən aşağı işsizlik səviyyəsi olaraq qeydə alınıb. 2014-cü ilin yanvar ayında işsizlik 9,2 faiz idi. Hansı ki, 2013-cü ilin dekabr ayında işsizlik nisbəti yüzdə 9 olaraq ölçülmüşdü.

İşsizlik səviyyəsinin kişilər üçün 7,5 faiz, qadınlar üçün isə 12,6 faiz olduğu avqust ayında 15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,7 bənd azalaraq 17,2 faiz təşkil edib. Bu yaş qrupunda işsizlik nisbəti kişilər üçün yüzdə 14,2, qadınlar üçün yüzdə 22,7 olaraq hesablanıb.