Türkiyədə zəlzələ - 3,8 bal

11:48 08.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Elazığ vilayətində 3,8 bal gücündə zəlzələ baş verib.

Hafta.az-ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 22:57-də qeydə alınıb.

Zəlzələnin episentri Sivridge rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Yanvarın 24-də baş verən 6,8 bal gücündə zəlzələdən sonra 2 mindən çox afterşok qeydə alınıb.