Türkiyədə zəlzələ baş verib

19:28 03.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Elazığ vilayətində 4.0 bal gücündə zəlzələ baş verib.

Hafta.az-ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 16:25-də qeydə alınıb. Zəlzələnin episentri Sivrice rayonunda olub.

Yeraltı təkanlar 7 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfatlar və dağıntılar barədə məlumat verilməyib.