Türkiyədə zəlzələ olub

10:39 08.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Manisa rayonunda 3,4 bal gücündə zəlzələ baş verib.

Hafta.az-ın məlumatına görə, yeraltı təkanlar martın 7-də yerli vaxtla saat 21:48-də qeydə alınıb.

Zəlzələnin episentri Akhisar rayonunda olub. Yeraltı təkanların ocağı 15,7 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfatlar və dağıntılar barədə məlumat verilməyib.