Türkiyədəki zəlzələ ilə bağlı ŞOK FAKTLAR AÇIQLANDI

21:02 09.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın aparıcı mətbuat orqanlarından biri olan “Washington Post” Türkiyədə baş verən zəlzələnin gücü, enerjisi və təsirləri ilə bağlı diqqətçəkən hesabat dərc edib.

Zəlzələ nəticəsində Suriyada 1300, Türkiyədə isə 5 min 600 binanın dağıldığı diqqətə çatdırılıb, dünyanın digər güclü zəlzələləri ilə müqayisələr aparılıb.

Qəzet 1989-cu ildə ABŞ-ın Kaliforniya ştatında baş verən 6,9 bal gücündə Loma Prieta zəlzələsini Türkiyədəki zəlzələ ilə müqayisə edib.

1989-cu ildə baş verən zəlzələdə 63 nəfərin öldüyü, 3700-dən çox insanın isə yaralandığı xatırladaraq, Türkiyə zəlzələsinin bu zəlzələdən 20 dəfə güclü olduğu bildirilib.

San-Fransisko körfəz körpüsünün 1989-cu ildə baş verən zəlzələdə avtomobillərin üzərinə qismən çökəcək qədər silkələndiyini bildirən "The Washington Post" qəzeti, "Türkiyə zəlzələsi ABŞ-da olsaydı, görünməmiş ziyana səbəb olardı" deyir. Qeyd olunub ki, Türkiyə zəlzələsi ABŞ-da baş versə, körpülər dağılacaq.

Türkiyədə baş verən zəlzələnin 30 petajul enerji buraxdığını qeyd edən The Washington Post bu enerji miqdarını daha yaxşı başa düşmək üçün nümunələr təqdim edib.

1989-cu ildə Loma Prieta zəlzələsində 1,5 petajoul enerjinin ortaya çıxdığı bildirilərkən, 2010-cu ildə Haitidə meydana gələn 7,0 bal gücündə zəlzələdə 2,1 petajoul enerjinin ortaya çıxdığı yazılıb.
Türkiyədə zəlzələnin buraxdığı enerjinin Xirosimaya atılan atom bombasından düz 2000 dəfə böyük olduğu diqqətə çatdırılıb.

Nümunələrinə davam edən WP Türkiyədəki zəlzələnin buraxdığı enerjinin ABŞ-da 774 min evi bir il ərzində elektriklə təmin edə biləcəyini qeyd edib.

Kahramanmaraş mərkəzli zəlzələdə buraxılan enerji ilə 5 mindən çox Boeing 747 tipli təyyarənin yanacaqla təmin oluna biləcəyi ifadə edilib.

Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidmətində tədqiqatçı geofizik olaraq çalışan Dara Qoldberq bildirib ki, Türkiyədə baş verən zəlzələ son üç ayda dünyada baş verən bütün zəlzələlərin cəmindən daha böyük enerji istehsal edib.

Geofizik Dara Qoldberq təkcə Türkiyədə baş verən zəlzələnin son bir ildə dünyada baş verən zəlzələlərin istehsal etdiyi ümumi enerjinin yüzdə 26-sına bərabər olduğunu yazıb.

“Washington Post”un təhlili bizə göstərir ki, Türkiyədə baş verən zəlzələ son illərdə dünyada müşahidə olunan fəlakətlərdən qat-qat böyükdür.