Rusiyanın Türkiyədən pomidor idxalına kvotaları artıracağı ilə bağlı açıqlama ölkədə yerli istehsalçıların reaksiyasına səbəb olub.
Hafta.az-ın yazdığına görə, “Rusiyanın istixanaları” adlı sənaye birliyinin rəhbəri Aleksey Sitnikov bildirib ki, Türkiyədən Rusiyaya pomidor göndərilməsinin artırılması ölkədə istixana tərəvəzlərinin inkişafına mane olur.
Prezident Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında keçirilən son görüşdən sonra Rusiyaya pomidor ixracı üçün nəzərdə tutulan kvotanın 350 min tondan 500 min tona qaldırıldığı bildirilib.
Türkiyə pomidorlarının qiymətinin Rusiyada yüksək qala biləcəyini deyən sektor nümayəndəsi Türkiyədə pestisidlərin istifadəsinin tənzimlənməməsinin və bütün pomidorların Rusiya gömrüyündə yoxlanılmamasının da problemlər yarada biləcəyinə diqqət çəkib.
Sitnikov, Türkiyə pomidorlarına tətbiq olunacaq kvotaların dəqiqləşdirilməsindən sonra Rusiyada pomidor becərilməsinin artdığına işarə edərək, Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə biləcəklərini və türk pomidorunun idxal həcmi ilə bağlı sorğu verə göndərəcəklərini bildirib.