Türkiyənin ən böyük 500 şirkətinin adı açıqlandı

10:20 05.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin ən böyük 500 şirkətinin yer aldığı “Fortune 500 Türkiyə-2022” siyahısı açıqlanıb. Siyahıya daxil olan şirkətlərin 2022-ci ildə xalis satışları əvvəlki ilə nisbətən 148 faiz artıb və ümumi satış 8 trilyon lirəyə çatıb.

Hafta.az-ın yazdığına görə, siyahıda qeyd edilir ki, şirkətlərin ümumi xalis satışları 7 trilyon 986 milyard lirəyə çatıb. Bu rəqəm 16 illik siyahı tarixində rekorddur. İnflyasiya nəzərə alınmadan xalis satış real ifadədə 25,8 faiz artıb. Dollarla ifadədə artım 33,4 faiz təşkil edib.

“Fortune 500 Türkiyə-2022” siyahısında ilk 10-luqda yer alan şirkətlərdən 6-sı neft və enerji sektorundandır.

“Fortune 500 Türkiyə-2022” siyahısında bu il də Enerji Bazarları Əməliyyatları A.Ş. (EPİAŞ) birinci yerdədir. Şirkətin xalis satışları 799 milyard lirə olub. Türkiyə Neft Emalı Zavodları A.Ş. TÜPRAŞ 481 milyard 765 milyon lirə satışla ikinci yerdədir. Üçüncü yerdə olan Türk Hava Yollarının xalis satışları isə 311 milyard lirədir.

İlk onluğa daxil olan digər şirkətlər sırasıyla Petrol Ofisi, Star Rafineri AŞ, Opet, SOCAR, Ford, Ahlatçı Jewelry və BİM-dir.

Türkiyənin ilk 500 şirkətinin 2022-ci ildə cəmi ixracatı əvvəlki ilə nisbətən 138 faiz artaraq 2 trilyon 129 milyard lirəyə çatıb. Dollar əsasında artım yüzdə 27,6, ümumi ixrac 128,6 milyard dollara bərabərdir. Bu şirkətlər Türkiyənin ümumi ixracatının 37,3 faizini reallaşdırıb.

Siyahıdakı 500 şirkətdən 466-sı mənfəət, 34-ü zərər açıqlayıb. Bu şirkətlərin 2021-ci ildə 157 milyard lirə olan xalis mənfəəti 2022-ci ildə yüzdə 245 artaraq 545 milyard lirəyə çatıb.

“Fortune 500 Türkiyə-2022”yə daxil olan şirkətlərin xalis satış gəlirliliyi 2021-ci ildə 4,91 faiz ikən, 2022-ci ildə 6,83 faizə yüksəlib. 2021-ci ildə 12,22 faiz olan kapital gəlirliliyi 2022-ci ildə 24,84 faizə qalxıb.