İyun ayında Türkiyənin Rusiyadan məhsul idxalı 2,91 milyard dollar təşkil edib.
Hafta.az-ın RBC qəzetinə istinadən yazdığına görə, idxal 2021-ci ilin oktyabrından bəri ən aşağı səviyyəyə düşüb.
Xüsusilə də, Türkiyənin enerji idxalından dolayısı Rusiyaya ödədiyi vəsait 20 faiz azalıb.
Xəbərdə Türkiyənin iyunda Rusiyadan idxalının may ayına görə yüzdə 36, ötən ilin iyun ayına görə isə 43 faiz azaldığına diqqət çəkilib.
Türkiyənin bu ilin ilk yarısında Rusiyadan cəmi idxalı 24,7 milyard dollar olaraq hesablanıb. Bu məbləğdə əvvəlki illə müqayisədə 10,8 faiz azalma var.
Lakin buna baxmayaraq, ilin ilk 6 ayında Türkiyənin ən çox idxal etdiyi ölkə 13,4 faiz payla Rusiya olub. İyun ayında isə Çin bu müstəvidə birinciliyi Rusiyadan alıb.
Türkiyənin Rusiyadan idxalının 60 faizi enerji məhsullarından ibarətdir. RBC yazır ki, Türkiyənin Rusiyadan neft idxalı üçün ödədiyi pul iyunda 18 faiz azalaraq 655 milyon dollar olub.