Rusiyanın Novorossiysk limanında sıxlıq səbəbindən konteynerlərə yer olmadığı, Türkiyədən Moskvaya yüklərin çatma müddətinin iki dəfə artdığı bildirilir.
Hafta.az-ın yazdığına görə, şirkət nümayəndələri Cənubi və Orta Asiyadan və Türkiyədən gələn yüklərin yaratdığı sıxlığın limanda qarşılana biləcəyini, lakin qoşqular üçün kifayət qədər yer olmadığını bildiriblər. Novorab.ru-ya müsahibə verən logistika şirkəti rəsmisi, "Türkiyədən bərə vasitəsilə gələn yük maşınları ilə işləyən şirkətlər indi yüklərin boşaldılması üçün iki ilə beş gün arasında gözləməli olurlar" deyib. O, bəyan edib ki, may ayında meyvə daşınmalarının artması ilə əlaqədar bərələrin sayının çoxalmasına ehtiyac yaranacaq ki, bu da Rusiya ilə Türkiyə arasında logistika və ticarət proseslərinə mane ola bilər.
Bildirilir ki, 20-lik konteynerlər üçün gündəlik demuraj haqqı 20 dollar, 40-lıq konteynerlər üçün isə 40 dollar təşkil edir və son bir ildə Novorossiysk ilə Moskva arasında orta daşınma qiyməti 75 min rubldan 130 min rubla yüksəlib.
Türkiyənin yük konteynerləri Novorossiysk limanında yığılıb qalıb
12:40 13.04.2023
Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
İqtisadiyyat rubrikasından digər xəbərlər