“Türkmənfilm” “Korkut Ata” dastanı əsasında filmin çəkilişini başa çatdırır

11:15 15.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Türkmənfilm” Birliyinin yeni kino layihələrindən biri də ədəbi əsası türkmənlər arasında “Korkut Ata” kimi tanınan qədim Oğuz dastanının beşinci əfsanə-poeması olan bədii filmdir.

Hafta.az-ın yazdığına görə, Azərbaycan xalqı üçün də dogma olan, “Dədə Qorqud” dastanı əsasında çəkilən və bu yaxınlarda başa çatdırılacağı gözlənilən filmin rejissoru Murad Orazovdur.

Ssenari cəsarətli Domrul (Dəli Domrul) haqqında şeirə əsaslanır. Filmdə həm də müdrik nağılçı, biliyin, adət-ənənənin qoruyucusu kimi şöhrət qazanmış əfsanəvi Qorqud atanın obrazı canlandırılıb.

Oğuzxan adına “Türkmənfilm” Birliyi noyabrın əvvəlində Türkmənistanda keçiriləcək Türk Dünyasının “Korkut Ata” Beynəlxalq Film Festivalında yeni filmini təqdim etmək niyyətindədir.