Türkmənistanın Köytendağ Təbiət Qoruğu UNESCO-nun mədəni irs siyahısına salınacaq

10:25 04.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkmənistanın Ətraf Mühitin Mühafizəsi Nazirliyində Köytendağ və Surxan qoruqlarının UNESCO-nun transmilli Ümumdünya Təbii İrs Siyahısına salınması ilə bağlı onlayn iclas keçirilib.

Hafta.az-ın yazdığına görə, Türkmənistan “Köytendağ Dağ Ekosistemi” dosyesini 2015-ci ildə təqdim edib, bundan sonra Köytendağ Təbiət Qoruğunun UNESCO-nun Ümumdünya Təbii İrs Siyahısına daxil edilməsi istiqamətində işlərə başlanıb. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının ekspertlərinin texniki baxışından sonra Köytendağ dağlarının ekosisteminin bütövlüyünü təmin etmək üçün Özbəkistanın Surxan Təbiət Qoruğu ilə birlikdə transmilli nominasiyanın təqdim edilməsi təklif olunub.

Köytendağ Təbiət Qoruğu 1986-cı ildə yaradılıb. Türkmənistanın şərqində Köytendağ silsiləsində yerləşir və üç qoruqdan ibarətdir: Qarlıqski, Xocapilski və Xocaburcibelentski. Ərazisində yeraltı gölləri olan karst mağaraları, dinozavrların izləri olan yaylalar və püstə meşələri də daxil olmaqla unikal təbii ərazilər var. Burada nadir heyvan növlərindən vaşaq, qonur ayı, fars bəbiri, 155-dən çox quş növü yaşayır.