Ukrayna ilə matça yollanmış Azərbaycan millisi baqajını itirdi

17:49 12.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polşaya yollanan Azərbaycan milli komandasının baqajı itib.

Oxu.Az bildirir ki, bu barədə polşalı jurnalist Petr Slonka "Telegram" kanalında məlumat verib.

Mənbənin məlumatına görə, Azərbaycan millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukrayna futbolçularına qarşı matçın keçiriləcəyi Krakov şəhərinə baqajsız gəlib. 

Bu səbəbdən komanda oyun öncəsi məşq prosesinə vaxtında başlaya bilməyib.

Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də baş tutacaq.