“Ukrayna malları” mağazasının loqosundan “Ukrayna” sözü çıxarıldı - FOTO

14:59 12.04.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bir müddət öncə hafta.az Bakıda fəaliyyət göstərən “Ukrayna malları” mağazasına baş çəkib müharibədən sonrakı vəziyyətlə tanış olmuşduq. Təəssüflər olsun ki, 2019-cu ildən bəri fəaliyyət göstərən və açılışına Ukrayna prezidenti Vladimir Zelenskinin də qatıldığı mağaza artıq bağlanmaq üzrədir.  

Hazırda satış obyektinin loqosundan “Ukrayna” sözü çıxarılıb. Əməkdaşların sözlərinə görə, vəziyyətin nə qədər davam edəcəyi bilinmir:

“Daha Ukraynadan məhsul gətirə bilmirik. Ona görə də gələcək fəaliyyətimiz müşküldür. Hazırda normal market olaraq işləyirik. Yəqin ki, müharibə bitənə və biz Ukraynadan yeni məhsullar alana qədər bu belə davam edəcək”.

Qeyd edək ki, sözügedən mağazanın ölkəmizdə 5 filialı mövcud idi. Digər mağazaların bağlanıb-bağlanmadığı barədə isə bir məlumat yoxdur.