Ukraynada müharibədə 262 uşaq ölüb

12:25 07.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 262 uşaq ölüb, 467-dən çox uşaq güllə və qəlpə yarası alıb.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Rusiyanın Ukraynaya fevralın 24-dən davam edən hücumu nəticəsində 730-dan çox uşaq xəsarət alıb. O cümlədən Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində və Sumı, Jitomir şəhərlərində bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 940 təhsil müəssisəsinə ziyan dəyib, 184-ü isə tamamilə dağıdılıb.

Prokurorluq qeyd edib ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.