Yazını böyüt
Yazını kiçilt
Ukraynadakı müharibənin, eləcə də dünya dövlətlərinin monetar siyasətinin sərtləşdirilməsinin nəticəsi 2023-cü ildə qlobal iqtisadi artımın 3%-dən aşağı azalması olacaq. Bu proqnozla Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva cümə axşamı, martın 30-da Boao Asiya Forumunda çıxış edib.
“Qlobal iqtisadiyyat xeyli müddətdir ki, təlatümlü mühitdə olub, şokdan sonra şok keçirib. Biz 2023-cü ilin daha bir çətin il olacağını gözləyirik”, - deyə o bildirib.
Onun fikrincə, dünya iqtisadiyyatını gözləyən çətinliklərlə mübarizə aparmağın yeganə yolu əməkdaşlıq və həmrəylikdən keçir.