“Ümummilli lider Heydər Əliyevi üç epizod üzrə yaxından görmüşəm” - Razi Nurullayev

16:00 14.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Heydər Əliyev xöşbəxt Azərbaycan qurmaq üçün çalışdı. Amma, əks mövqedə, dayanan şəxslər ona kömək etmək əvəzinə qarşı çıxmaq yolunu tutdu. Hərçənd ki, Heydər Əliyevi özləri dəvət etmişdi ki, gəl Azərbaycanı xilas elə, öz təyin etdiklərimizin qəzəbindən qoru. O zaman fərqli düşərgədə dayanan şəxslərin düşüncəsi bu idi ki, yaxşı gəldin, təmizlədin, stabillik yaratdın, daha ver hakimiyyəti bizə, çıx get”.

Bunu Hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bir müxalifət partiyasının sədri olaraq ümummili liderin 100 illiyi, Qurtuluş günü ilə bağlı açıqlamasında bildirib. Deputat qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi üç epizod üzrə yaxından görə bilib. “1992-ci ildə, Cəfər Cabarlının heykəlinin yanında. Ətrafına adamlar yığılmışdı və hər kəs çalışırdı ki, ona toxunsun, o isə gülümsəyirdi. Çünki, o zaman Heydər Əliyev hər kəs üçün möcüzəvi bir şəxsiyyət idi. Ikinci dəfə isə onun çağırışı ilə xalq o zamankı Prezident aparatının qarşısına toplandı və dövlətçiliyi qorudu. Mən də orada vardım. Üçüncü dəfə isə azadlıq meydanında Surət Hüseynovun çevriliş cəhdlərindən danışanda, onun çıxışını Assosiated press agentliyi üçün tərcümə edirdim”, - R.Nurullayev deyib.

Deputat bildirib ki, iqtidardan müxalifətə çevrilənlər Heydər Əliyevlə əməkdaşlıq etməli, onu yıxmaq, hakimiyyətdən salmaq üçün gecə-gündüz ayağının altını qazmalı deyildi. “İmkan vermədilər ki, Heydər Əliyev gücünü tam olaraq xalqın rifahına yönəltsin. Məcbur oldu ki, ölkəni yenidən xaosa çevrimək istəynləri də neytrallaşdırmağa güc sərf etsin. O zaman kreslo davası etməsəydilər, Əli Kərimli deputat yerləri üçün iqtidarın içində ayrı-ayrı adamlarla sövdələşməyə gedib saxtakarlıq etməsəydi, 4-5 deputat kreslosu, özünün ambisiyaları üçün Əbülfəz Elçibəyə xəyanət etməsəydi, əminəm ki, müxalifət də indikindən 10 qat güclü olardı. 30 ildə onlar nəyə nail olublar ki, danışmaqdan, tənqid etməkdən, söyməkdən və aşağılamqdan başqa? Barışmazlıq çıxış yolu deyil. Hərəkatçılar mənə deyir ki, siz deputatlara deyin ki, AXCP-müsavat cütlüyü deyib nifaq yaratmasınlar. Siz cənab Prezident İlham Əliyevə çatdırın ki, AXCP-Müsavat cütlüyü haqqında sərt ifadələr işlətməsin. Deyirəm ki, siz niyə öz gözünüzdə o tiri görmürsünüz? Siz gündə 24 saat, həftədə yeddi, ayda 30, ildə 365 gün iqtidar nümayəndələrini, Prezident İlham Əliyevi ən sərt sözlərlə tənqid və təhqir edirsiniz və yaxud etdirirsiniz. Onlar da daş deyil, prezidentin də ürəyi var, hissləri var. Onun da haqqıdır ki, heç olmasa bir dəfə də olsa sizin etdikləriniz pislikləri sizə xatırlatsın. Düşünürəm ki, əgər İlham Əliyev bu qədər humanist və mədəni olmasaydı nə olardı? Düşünürəm ki, Allah eləməsin, sizlərin əlinə bir rıçaq keçə nə edərsiniz? Daşı-daş, başı-baş üstə qoymazsınız. Ona görə də o kürsünü və səlahiyəyyəti heç zaman nə xalq sizə verər, nə də uca yaradan”, - deputat Nurullayev bildirib.

Siyasət rubrikasından digər xəbərlər