UNEC-də hibrid auditoriyalar yaradılır

14:35 06.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ötən tədris ilində təşkil edilmiş 50 hibrid auditoriyaya əlavə olaraq, daha 50-si də yaradılır.

 

Bu barədə universitetdən hafta.az-a bildirilib.

 

Qeyd edək ki, dünya universitetləri mövcud çağırışlara uyğunlaşmaq üçün müasir texnologiyalar axtarışını davam etdirməklə yanaşı, həm də tətbiq etməkdədirlər. Bu baxımdan hibrid auditoriyalar geniş yayılıb.