“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq

17:31 09.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq.

Hafta.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2023–2024-cü illərdə “Uşaq hüquqları haqqında” yeni qanunun hazırlanmasını təmin etməlidir.

Siyasət rubrikasından digər xəbərlər