ÜST rəhbəri Ukraynaya getdi

10:10 07.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Ukraynaya səfər edib.

 

Hafta.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri "Twitter" səhifəsində bildirib.

 

"ÜST-ün dəstəyini necə artıra biləcəyini qiymətləndirmək istəyirəm", - paylaşımda deyilir.

 

ÜST rəhbəri, həmçinin qeyd edib ki, işgüzar səfər çərçivəsində təşkilatın Ukraynadakı əməkdaşları ilə görüş keçirəcək.