Yazını böyüt
Yazını kiçilt
Peyvəndlənmə yalnız həkim yoxlanışı və göstərişi ilə ediləcək.
Hafta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Aris Rüstəmov poliklinikalardakı peyvənd otaqları barədə danışarkən deyib.
A.Rüstəmov bildirib ki, vaksinasiyadan öncə müvafiq olaraq sahə həkiminin yoxlanışından keçmək mütləqdir:
”Bir xüsusi məsələ də peyvəndlərin doğru saxlanılmasıdır. Bunun üçün vaksinasiya həyata keçiriləcək bütün tibb məntəqələri soyuducular və termoçantalarla təmin edilib”.