Vaqner” qiyamının sonu həm döyüşçülər, həm də Priqojin üçün çox pis bitəcək - Politoloq

14:33 24.06.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Vaqner” qiyamının heç bir perspektivi yoxdur. Həmin qurumu hərbçilərin əli ilə sıradan çıxaracaqlar və bununla da məsələ bitəcəkdir”.

Bu fikri hafta.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.

“Artıq məlumdur ki, Rusiya Müdafiə Nazirliyi Priqojinin başçılıq etdiyi hərbi birləşmələrin Rusiya daxilindəki irəliləmələrinə qarşı müəyyən əməliyyatlara başlayıb. Düzdür, deyilənə görə, həmin əməliyyatlar daha çox xəbərdarlıq xarakteri daşıyır. Hər bir halda Rusiya elə bir dövlət deyil ki, belə bir şeyin qarşısında boş dayansın. “Vaqner” qiyamının sonu həm “vaqner”çilərin özləri, həm də onların lideri Priqojin üçün çox pis bitəcəkdir”-deyə analitik vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər