ABŞ-ın vitse-prezidenti Vens “New York Times”a verdiyi podkast müsahibəsində İsrailin ABŞ-ın ünvanına etdiyi tənqidlərə cavab verib.
Hafta.az yazır ki, Vens deyib: "İsraildəki bütün bu təşviş mənə qəribə gəlir, çünki düşünürəm ki, bu, təhlükəsizliksizlikdən qaynaqlanır. Halbuki Amerika bu bölgənin etimadını qazanıb".
Vens İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qviri və maliyyə naziri Bezazel Smotriçi adları ilə sərt tənqid edərək deyib: "İtamar Ben-Qviri və Bezazel Smotriç kimi razılaşmaya hücum edən insanlar var. Düşünürəm ki, onlara cavabım budur: Siz dəqiq nə təklif edirsiniz? Siz 9 milyon əhalisi olan bir ölkəsiniz. Sadəcə öldürməklə üzləşdiyiniz hər bir milli təhlükəsizlik problemini həll edə bilməzsiniz".
Vens ABŞ ilə İran arasındakı razılaşmanın ABŞ, İsrail və Yaxın Şərq üçün yaxşı razılaşma olduğunu iddia ediərək bildirib ki, ABŞ-ın bu ölkəyə uzun müddətdir verdiyi dəstək nəzərə alınmaqla İsrailin reaksiyaları "məntiqsizdir". O, razılaşmanın İranın nüvə proqramına son qoyacağını və İsrail üçün böyük bir qazanc olduğunu bildirib. "Biz onların nüvə proqramını ləğv etdik. İranlıları elə bir nöqtəyə gətirdik ki, onlar hətta altı ay əvvəl belə ağlasığmaz təkliflər verirlər", - o deyib.
Vans sözlərini belə yekunlaşdırıb: "Gəlin bu danışıqları sona qədər davam etdirək və İranın hərəkətlərinin onların sözlərinə həqiqətən uyğun gəlib-gəlmədiyini görək. Həmçinin İsrail üçün inanılmaz tərəfdaş olan ABŞ-a da bir az təşəkkür edək".