Vətən müharibəsi iştirakçısını maşınla vurub öldürən şəxs sabiq polis əməkdaşıdır

14:53 04.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə avtomobillə piyadanı vurub öldürən Xəyal Yolçuyev sabiq polis əməkdaşıdır. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə Şəhər Dəmir yolu Xətt Polis Şöbəsinin əməkdaşı olub.

X.Yolçuyev fevral ayında işdən azad edilib. 

09:24

Gəncədə Vətən müharibəsi iştirakçısı həlak olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir”, - deyə o əlavə edib.