Vüqar Bayramov: “Şəffaf və ya az şəffaf qurumların siyahısı hazırlansın”

13:40 22.04.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Büdcəyə dəymiş zərərlər dövlət qurumları üzrə qruplaşdırılsa və ayrıca cədvəl formasında təqdim edilsə daha məqsədəuyğun olar".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Palata tərəfindən daha şəffaf və ya az şəffaf qurumların siyahısının hazırlanmasının da həyata keçirilməsi tövsiyyə olunandır.

“Strateji plana uyğun olaraq, 98 əsas performans göstəricisindən (KPİ- Key Performance İndicators) ibarət monitorinq çərçivəsi tətbiq edilib. Əvvəlki illərdə bu göstərici 90 idi, hansı yeni göstəricilər əlavə edilib və ümumiyyətlə, seçim meyarları necədir? Hesabat dövründə 42 audutin böyük əksəriyyəti, yəni 76 faizi uyğunluq auditidir. Cəmi dörd maliyyə auditi keçirilib. Bu da kənar dövlət nəzarətinin əhatə dairəsinə təsirsiz ötüşmür".