Yazını böyüt
Yazını kiçilt
Xaçmazda meşə massivində yanğın başlayıb.
Hafta.az xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun kənarındakı ərazidə qeydə alınıb. Əraziyə Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hazırda Gəndob-Yalama yolunun yanğın baş verən hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.