Xaçmazda qaydaları pozan COVID-19 xəstələri saxlanılıb - VİDEO

16:07 02.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadıqları ünvanı tərk edərək Bakıya və Qubaya getmək istəyən koronavirus xəstələrini aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-ın  məlumatına görə, araşdırmalarla həmin şəxslərin Xaçmaz rayon sakinləri A.Zeynalova və A.İsayeva olduqları müəyyən edilib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və onlar təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Faktlarla əlaqədar Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

Oxunma sayı 1271