Xalq artisti yıxılaraq xəsarət aldı

14:36 03.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoy xəsarət alıb.

Hafta.az-ın məlumatına görə, bu barədə o, özünün sosial media hesabında yazıb.

"Dünən iş yerimdə boşluqdan zirzəmiyə yıxıldım. Belimdə güclü ağrılar var. Hazırda evdə müalicəm davam edir.İnşallah yaxşı olar,düzələcəm! Kollektivim məni tək qoymadı.Sağ olsunlar", - o qeyd edib.