32-ci ildir ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun bir hissəsində Kremlin himayəsində bəslənən separatçı-terrorçu rejim torpaqlarımızda məskunlaşdırılımış hayk gənclərinə irqçi, işğalçı və revanşist hisslər aşılamaqda davam edir.
Martın 22-dən 24-dək Xankəndi şəhərindəki Aşot Qulyan adına 2 nömrəli məktəbdə hərbiləşdirilmiş beşnövçülük üzrə qondarma "respublika" çempionatı keçirilib.
Hafta.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.
Yarışda Xankəndindəki və Yuxarı Qarabağın digər rayonlarındakı qanunsuz erməni məktəblərinin 7-9-cu sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər.
Xəbərdə bildirilir ki, qondarma rejimin qanunsuz "təhsil", mədəniyyət, idman və elm nazirliyi" və "müdafiə nazirliyi"nin "birgə təşkil etdiyi hərbiləşdirilmiş beşnövçülük yarışları ənənəvi xarakter alıb. “Müsabiqənin məqsədi, ilk növbədə, etibarlı vətən müdafiəçiləri hazırlamaq və onlarda yüksək hərbi-vətənpərvərlik keyfiyyətlərini möhkəmləndirmək və aşılamaqdır"...