Rusiyanın avtomobil istehsalçısı “Avtovaz” şirkəti apreldə 19899 ədəd “Lada Granta” satdığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Ukraynaya qarşı hərbi əməliyyatla üst-üstə düşən 2022-ci ilin aprel ayı ilə müqayisədə satışların artım sürəti 666 faiz olaraq hesablanıb.
Avtovazın aprel ayında ümumi satış rəqəmi 27635 olaraq açıqlandı. Satılan avtomobillərin 72 faizi “Lada Granta” modelinə aiddir.
Şirkət bildirir ki, satış rəqəmi ötən illə müqayisədə 222 faiz, 2023-cü ilin mart ayı ilə müqayisədə isə 18,4 faiz artıb.
“Lada Granta”nın qiyməti 692300 rubldan (9 min dollar) başlayır.
Digər tərəfdən Avropa İş Adamları Birliyi, Rusiyada yeni avtomobil satışlarının yüzdə 70,6 faiz artdığını açıqladı. Apreldə satılan minik avtomobillərinin və yüngül ticari avtomobillərin sayı 54,2 min ədəd olub.