Xəzərdəki həmin vulkan 1945-ci ildə püskürübmüş - Qurban Yetirmişli

12:05 05.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər dənizində çox sayda palçıq vulkanları var və mütəmadi olaraq aktivləşirlər. 

Hafta.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. 

O qeyd edib ki, dünən Xəzərdə partlayışla müşahidə edilən vulkan, 1945-ci ildə püskürübmüş:

“Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb. Püskürmənin davamlılığı 8 dəqiqə davam edib. Vulkanın dərinliyi 1,48 km, gücü (ml) 2,17 ml olub”.