Xüsusi karantin rejiminin müddəti daha 2 ay uzadılıb

19:25 23.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 noyabr saat 06:00-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

 Bundan əvvəl ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək olan dövrü əhatə edirdi.