Yaponiyada quşçuluqda təsirli olan "quş qripi" epidemiyasının mənfi təsirləri davam edir.
Hafta.az-ın Yaponiyanın ictimai yayım orqanı NHK-ya istinadən yazdığına görə, ölkənin 26 prefekturasından 16-da "quş qripi" yayıldığını və öldürülmüş toyuqları basdırmağa yer qalmadığını bildirib. Qeyd olunub ki, yerli hakimiyyət orqanları və fermerlərin epidemiyanın yayılmasının qarşısını almaq üçün heyvanları öldürüb basdırdıqlarından hazırda toyuq basdırmağa yer qalmadığı üçün epidemiya ilə mübarizə işlərinə fasilə verilib.
Yaponiya son aylar ölkənin bir çox bölgəsində ortaya çıxan "quş qripi" epidemiyası ilə mübarizə aparır. Epidemiya ağ ətin tədarükünə ciddi təzyiq göstərərkən, yumurtanın da qiymətləri qalxır. Bildirilib ki, bu rəqəm təkcə bu mövsüm 17 milyon toyuqun öldürüldüyü Yaponiyada rekord göstəricidir. Son rekord 2020-ci maliyyə ilində qeydə alınıb, o zaman "quş qripi" səbəbindən 9,9 milyon toyuq öldürülüb.
Hollandiya mərkəzli "Rabobank" bu ay dərc etdiyi hesabatında qlobal yumurta qiymətlərinin 2023-cü ilin ilk rübündə tarixi rekord səviyyələrə çatdığına diqqət çəkib və buna səbəb kimi bir çox ölkədə "quş qripi" və yüksək yem qiymətlərini göstərib.
Bildirək ki, 2020-ci ilin ortaları ilə 2022-ci ilin ortaları arasında Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən qlobal yem qiymətləri iki dəfə artıb. "Rabobank"ın baş analitiki Nan-Dirk Mulder, "Qlobal qiymətlər 2007-ci ilə nisbətən 2,5 dəfə yüksəkdir və keçən ildən 100 faiz artıb" deyib.
Yaponiyada 1,8 dollara çatan yumurtanın qiymətləri son 10 ildə ən yüksək səviyyədə olarkən, "Rabobank" hesabatında, "Eyni şəkildə rekord qiymətlər Tailand, Filippin, İsrail, Yeni Zelandiya, Nigeriya, Keniya, Braziliya, Meksika və Argentina da mövcuddur" deyib.