Yaponiyada zəlzələ baş verib

14:33 16.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın cənub-şərqindəki Oqasavara adalarının qərbində 6,1 bal gücündə zəlzələ baş verib, ölkənin baş meteorologiya idarəsi bildirib.

Mənbə 400 kilometr dərinlikdə yerləşirdi. Arxipelaqdakı yeraltı təkanlar Yaponiyada qəbul edilmiş yeddi ballıq sistem üzrə 3 bal təşkil edib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi yoxdur.

Zəlzələlər 9 prefekturada hiss olunub, lakin Oqasavara adaları istisna olmaqla, onların gücü 1 baldan çox olmayıb.